Musiqi dinləyək
«Gözəlim sənsən». Azərbaycan xalq mahnısı. İfa edir Rəşid Behbudov
Həzin melodiyaya malik bu mahnı aramlı tempdə səslənir. Gözəl tenor səsə malik müğənni bu mahnını böyük zövqlə kiçik estrada ansamblının müşayiəti ilə oxuyur.
Rəşid Behbudovun repertuarında çoxlu sayda Azərbaycan xalq mahnıları olmuşdur: «Küçələrə su səpmişəm», «Gül oğlan», «De, gülüm gəlsin, ay nənə», «Gözəlim sənsən», «Araz üstə, buz üstə» və s.
Mahnını dinləyək və notla oxuyaq
«Küçələrə su səpmişəm». Azərbaycan xalq mahnısı