Rəşid Behbudov 1915-ci ildə Tiflis şəhərində anadan olub. Behbudovlar ailəsi bir müddət Tiflisdə yaşadıqdan sonra 1943-cü ildə Azərbaycana köçmüşdür. 1944-cü ildə Bakıdakı «Zabitlər evində » dahi Üzeyir Hacıbəyli gənc Rəşidin ifasında «Arşın mal alan» operettasından Əsgərin ariyasını dinləmiş və eyniadlı filmdə Əsgər rolunu Rəşid Behbudova tapşırmışdır.
55 illik yaradıcılığı dövründə o, dünyanın ən müxtəlif nöqtələrində konsert proqramları ilə çıxış etmişdir. Onun sonuncu konsertləri 1988-ci ildə Türkiyədə və Hindistanda olmuşdur.
Rəşid Behbudov 1946-cı ildə Üzeyir Hacıbəylinin «Arşın mal alan» filmində ifa etdiyi Əsgər roluna görə Dövlət mükafatı laureatı adına, elə həmin ildə Azərbaycanın Əməkdar artisti, 1951-ci ildə Azərbaycanın Xalq artisti, 1959-cu ildə isə SSRİ-nin Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı, «Qızıl ulduz» və «Lenin» ordeninə, 1986-cı ildə isə Gürcüstan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.
Rəşid Behbudov opera solisti kimi də tanınmış, Fikrət Əmirovun «Sevil» operasında Balaş rolunu səsləndirmişdir.
Musiqi dinləyək
Fikrət Əmirov. «Sevil» operasından «Balaşın ariyası». İfa edir Rəşid Behbudov