Azərbaycan xalq mahnı və rəqsləri, aşıq musiqisi və muğamlar bəstəkarlarımız üçün ilham mənbəyi olmuşdur. Bəstəkarlarımız muğam intonasiyalarından və o cümlədən «Rast» muğamının intonasiyalarından öz əsərlərində istifadə etmişlər. Məsələn, dahi Üzeyir Hacıbəyli özünün «Əsli və Kərəm» operasında «Rast» muğamına əsaslanan «Çal-oyna» adlı Azərbaycan xalq mahnısından «Qızlar xoru»nda istifadə etmişdir. Soltan Hacıbəyov «Gülşən» baletində «Kişilər rəqsi»ndə «Rast» muğamının intonasiyalarından istifadə edərək əsl «Yallı» janrında gözəl musiqi nümunəsi yaratmışdır. Qara Qarayev «Yeddi gözəl» baletində «Adajio» musiqi nümunəsi üçün məhz «Rast» muğam intonasiyalarına müraciət etmişdir.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Əsli və Kərəm» operasından «Qızlar xoru»
«Rast» muğamına əsaslanan «Çal-oyna» Azərbaycan xalq mahnısı
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Fərqli
«Çal-oyna»
Azərbaycan xalq mahnısı
O x ş a r
Fərqli
Üzeyir Hacıbəylinin
«Əsli və Kərəm»
operasından «Xor»