Corc Gerşvin caz xarakterli musiqini Avropa simfonik musiqisinin janr və formaları ilə birləşdirib.
Corc Gerşvin Avropa musiqisi ilə bağlılığı aydın duyulan lirik caz mahnıları ilə məşhurlaşdı. Sonra o, «Qaralar ağlardan heç də az diqqətə layiq deyil» ideyasını aşılayan «Porqi və Bess» operasını yazdı. Bu simfo-caz üslubunda yazılan ilk opera idi. Bu üslubda Corc Gerşvin bir neçə böyük konsert əsəri də yazdı.
Corc Gerşvinin fortepiano və orkestr üçün konsertinin ifasından sonra o dövrün musiqiçilərindən biri yazırdı: «Pişiklər isti şorba dolu qab ətrafında fırlandığı kimi, bir çox bəstəkarlar da caz ətrafında fırlanaraq gözləyirlər ki, o, bir az soyusun və onlar dillərini yandırmadan yesinlər. Corc Gerşvin bu problemi həll edə bildi. Məşhur nağıldakı şahzadə kimi, o, Zoluşkanın əlindən tutaraq onu paxıl bacısının acığına şahzadə qız adlandıra bildi...»
Caz mahnısına Avropa musiqisi, ənənəvi Avropa opera və instrumental konsert janrına isə zənci caz musiqisi gətirən Corc Gerşvin yenilikçi bəstəkar idi.
Corc Gerşvin. «Blyuz tonlarında rapsodiya»
Melodiyanın yazıldığı major qammasını oxuyaq: