Cahangir Cahangirov.
«Arazın o tayında» simfonik poemasının girişindən bir parça
Bu musiqi «Hümayun» muğam intonasiyalarına əsaslanır:
Musiqi dinləyək
«Hümayun» muğamından «Bərdaşt» şöbəsi. Kamançada ifa edir Azərbaycanın Xalq artisti Şəfidə Eyvazova
Üzeyir Hacıbəyli. «Aşıqsayağı». Fortepiano triosunun ifasında
Bu əsər fortepiano triosu üçün yazılmışdır. Skripka, violonçel və fortepiano triosu üçün yazılmış «Aşıqsayağı» əsəri «Şur» Azərbaycan muğamı intonasiyaları üzərində səslənir.
Musiqisi Fikrət Əmirovun,
sözləri Teymur Elçinindir.
I
Bizim həyətdə çox uşaq var,
Bir-birini çox sevir onlar.
Böyük meydandır bizim həyət,
Qaynar qazandır bizim həyət.
Nəqərat:
Bax, bax, nə gözəldir bizim həyət,
Gəl, bax, nə gözəldir bizim həyət.
II
Uca evləri nə göyçəkdir,
Onun dörd yanı gül-çiçəkdir.
Gömgöy dənizdir bizim həyət,
Hər vaxt təmizdir bizim həyət.
Bu mahnı «Şur» Azərbaycan muğamına əsaslanır.