Musiqi dinləyək
Oqtay Rəcəbov. «Çingiz» simfoniya-rekviyem əsərindən «Revkiyem» adlanan VII hissə
Şəhid Çingiz Mustafayevə həsr olunmuş əsərdən dinlədiyimiz hissə xor kollektivi tərəfindən sözsüz, simfonik orkestrin müşayiəti ilə səslənir. Bu hissə «Hümayun» Azərbaycan klassik muğamına əsaslanır.
Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Bayramovundur.
I
Bu gün döyüş meydanında qoç kimi sən dayan, oğul,
Bir igidsən adın çıxıb, yayılıb hər yana, oğul,
Sən igidlər cərgəsində həmişə gəl sana, oğul,
Doğubdur mərd ana səni, sən də ol mərdanə oğul,
Qəhrəmanlıq adı səndə olsun nişanə, ay oğul!
II
Azərbaycan, igidlərin yayılıb dünyaya səsi,
Hər bir dağın sinəsində var bir Koroğlu qalası.
Bu qaniçən düşmənlərin tezcə alınar havası,
Çöllər ona məzar olar, kəsilər murdar nəfəsi.
Al süngünü, sanc gözünə, qoy boyansın qana, oğul!