Mahnını notla və sözləri ilə oxuyaq
(Azərbaycan xalq mahnısı)
I
Aman, ovçu, vurma məni
Mən bu dağın, a balam, maralıyam.
Maralıyam, maralıyam,
Mən bu yerin, a gülüm, maralıyam, bala
Ovçu əlindən, a balam, yaralıyam.
II
Bu dağlarda maral gəzər,
Ayaqların, a balam, daşlar əzər.
Mən yarıma neyləmişəm,
Yarım məndən, ay balam, kənar gəzər.
Bu mahnı «Bayatı-Şiraz» muğamına əsaslanır.