Dünya şöhrətli bəstəkar Qara Qarayev 1918-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində, Üzeyir Hacıbəylinin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib. 1938-ci ildə «Ürək mahnısı» kantatasını yazıb. Sonrakı illərdə Qara Qarayevin Cövdət Hacıyevlə birlikdə işlədiyi «Vətən» operası, onun ardınca «Leyli və Məcnun» (Nizami Gəncəvinin 800 illiyi münasibətilə) simfonik poeması Dövlət mükafatına layiq görülür. Sonradan klassik balet musiqisinin ənənələrini inkişaf etdirən bəstəkar «Yeddi gözəl» baletini yazır. Sonralar Qara Qarayev alban melodiyaları əsasında simfonik orkestr üçün «Alban rapsodiyası», ispan xalq musiqisi intonasiyaları əsasında «Don Kixot qravürləri» (eyniadlı film əsasında), Afrika qaradərililərinin həyatına həsr olunmuş «Ildırımlı yollarla» baletini işləyir. «Vyetnam» süitasında bəstəkar Vyetnam xalq musiqisi intonasiyalarım simfonik orkestrin müxtəlif tembrləri vasitəsilə inkişaf etdirir. Onun bir çox filmlərə, Mixail Lermontovun «Maskarad», Vilyam Şekspirin «Hamlet» pyeslərinə yazdığı musiqi nümunələri də məhz xalq musiqi intonasiyalarına əsaslanmışdır.
Bəstəkar «Yeddi gözəl» baletində müxtəlif xalqlara məxsus olan yeddi gözəlin obrazını onların təmsil etdikləri xalqların musiqi intonasiyalarından istifadə edərək yaradıb.
Qara Qarayev. «İldırımlı yollarla» baletindən melodiya