«Rast» simfonik muğamının «Gərayi» şöbəsindən bir parça
Musiqisi Niyazinin,
sözləri Süleyman Rüstəmindir.
I
Əcəb ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə girir çölüm, çəmənim,
Aşığın sazında gülür, tel gülür.
Nəqərat:
Gülür bağlar, uca dağlar,
Əcəb gözəldir, bu şən çağlar.
II
Yaxın gələ bilməz bizə kədər, yas,
Gülür ölkəmizin qızı, gəlini.
Gecə-gündüz nəğmə söylər Kür, Araz,
Kim istəməz azad, xoşbəxt elini?!
Nəqərat:
Dil azaddır, el azaddır,
Azad sazlarda söz azaddır.