İlgəklərin sırıqlanma ilə işlənmə texnologiyası aşağıdakı kimidir:
- Parça kəsiyi uzununa lifləri boyunca ikiyə qatlanır.
- İçinə ara qat yapışdırılır və ilgəyin yeri qeyd edilir.
- Bütün bunlardan sonra tikiş maşınına ilgək açılması üçün pəncə yerləşdirilir və üst sapın çəkilməsi azacıq zəiflədilir.
- Diskli çevirici açar ziqzaqşəkilli tikiş vəziyyətinə gətirilir. Tikişarasının ölçüləri seçilir: Uzunluğu 1 mm-ə yaxın, eni 2 mm (şəkil 3).
Şəkil 3. Tikişarasının parametrləri
- İynə sol vəziyyətə qoyulur və tikişlər ilgəyin sol tərəfinə salınır (şəkil 4-1).
- İynə orta vəziyyətə qaytarılır, tikişarasının eni iki dəfə artırılır və ilk bərkitmə üçün üç-dörd tikiş atılır (şəkil 4-2).
- Tikişarasının əvvəlki eni tənzimlənir və iynə sağ vəziyyətə gətirilir və ilgəyin sağ yarısı boyunca tikişlər salınır (şəkil 4-3).
- Tikiş xəttinin sonunda ikinci bərkitmə üçün bir neçə ikiqat tikişarası yerinə yetirilir (şəkil 4-4). Diskli çevirici açar düz xətli tikiş vəziyyətinə gətirilir. Bir neçə bərkitmə tikişi salınır.
- İlgək ortadan ilgəkaçan bıçaqla kəsilir (şəkil 5,a,b). Bunun üçün parça tikiş iynəsinin altından çıxarılır. Nümunə üçün ilgəklər yaxşı nəticə alanadək yerinə yetirilməlidir.
Şəkil 4. Tikiş maşınında ziqzaqşəkilli
tikişlə ilgək salınması