İlgək açılması tikiş maşınının texniki keyfiyyətləri və üstünlükləri ilə birbaşa əlaqəlidir. İlgək bütün tikiş maşınlarında, eyni üsulla - adi ziqzaqşəkilli tikişlə hamar düzbucaqlı şəklində işlənir. Amma kompüter əsaslı tikiş maşınlarının daxilində iş rejimlərinin elektron idarə sistemi yerləşir. Belə maşınlarda sadə düzbucaqlı ilgək və gözcüklü ilgək açıla bilər (şəkil 1). Kompüterləşdirilmiş tikiş maşını belə ilgəkləri bir neçə növdə və ölçüdə açır. Amma biz indi məişət tikiş maşınında ilgək açılması üsullarını və düymənin altına ilgək açma üsullarını nəzərdən keçiririk. Müxtəlif tikiş maşınlarında ilgək açmanın müxtəlif üsulları var. İlgək açma bir proses kimi avtomat, yarımavtomat və əllə yerinə yetirilə bilər. Hər üç halda tikiş maşınına ilgək açılması üçün nəzərdə tutulmuş xüsusi pəncə yerləşdirilir (şəkil 2).
Tikiş maşınında ilgək açılması texnologiyası nədən ibarətdir? |
Məmulat üzərində ilgək açmazdan öncə onu bir parça kəsiyinin üzərində nümunə üçün tikmək lazımdır. Nümunə üçün ilgək tikməkdə məqsəd sapın qalınlığını, parçanın dartılmasını, ilgəyin ölçüsünü müəyyən etməkdir.
İlgəklərin açılması üçün yalnız nazik sapdan və iynədən istifadə edilir.