|
Əvvəlki mövzuda verilmiş təhlükəsizlik qaydalarına bu dərsdə də əməl olunmalıdır. |
|
Aplikasiya, ziqzaqşəkilli tikiş, kalka, yapışqanlı ara qat. |
- Aplikasiya nədir?
- Aplikasiyadan harada və necə istifadə edirlər?
- Parça aplikasiyası üçün hansı materiallardan istifadə olunur?
- Parça aplikasiyası necə tikilir?
- Ziqzaqşəkilli tikişlə aplikasiya salınması texnologiyası necədir?
- Ziqzaqşəkilli tikişlə parça üzərinə naxış salarkən nələrə fikir vermək lazımdır?
|
PRAKTİK İŞ |
«ALMA» APLİKASİYASININ ZİQZAQŞƏKİLLİ
TİKİŞLƏ PARÇA ÜZƏRİNƏ SALINMASI
Resurslar: parça kəsikləri, saplar, tikiş maşını, köçürmə kağızı, sadə karandaşlar, yapışqanlı ara qat
Şəkil 3. Aplikasiya
üçün eskiz
- İti yonulmuş sadə karandaş ilə aplikasiya üçün
təsviri şəffafkağıza köçürün (şəkil 3).
- Aplikasiya üçün təsviri əsas parçanın tərs üzünə
güzgü əksetməsi yolu ilə köçürmə kağızı və
sadə karandaşın köməyi ilə köçürün.
- Yapışqanlı ara qatı «Alma» aplikasiyasının
birinci detalının tərs üzünə ütü ilə yapışdırın.
- Bu parçanı ara qat altda olmaq şərtilə əsas
parçanın üz hissəsindəki kontur xətlərinin
üstünə qoyun və kökləyin.
- «Alma» təsvirinin konturu boyunca tərs üzündən ziqzaqşəkilli tikiş
qoyun.
- Aplikasiya parçasını üz tərəfdən tikişə yaxın hissədən kəsin.
- Üz hissədən təsvirin konturları boyunca yenidən qalın ziqzaqşəkilli tikiş qoyun.
- 3-7 bəndləri üzrə «Alma» aplikasiyasının ikinci detalını (yarpağı)
kəsin və tikin.
- Alınan aplikasiyanı ütüləyin.