• Kişilər masa arxasında xanımların sağında, əgər masa böyük deyilsə, onlarla üz-üzə oturmalıdırlar.
• Əgər bir neçə insan nahar edirsə, bütün sifarişləri ofisianta oturanların yeməklə bağlı fikirləri konkretləşdikdən sonra bir adam çatdırmalıdır.
• Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra sizin üçün ayrılmış yerdə oturmaq lazımdır.
• Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra oturmaq lazımdır.
• Əgər masa üzərində bir menyu varsa, o əvvəlcə qıza təklif edilməlidir.
• Dəvət edən şəxs bu və ya digər yeməyi hamı üçün sifariş edə bilər.
• Əgər bu işgüzar nahardırsa, birinci yeməyi dəvət olunmuş şəxs sifariş edir.
• Nahar bitdikdən sonra ofisiantı çağırıb hesabı istəmək lazımdır.
• Dəvət olunanların hesabını dəvət edən verməlidir.
• Ödəmədən sonra ofisianta təşəkkür etmək lazımdır. Masa arxasından durarkən stulu yerinə qoymaq məsləhətdir. Oğlanlar qızlara masa arxasından durmağa, vestibüldə geyinməyə kömək edə bilərlər. Bunun üçün oğlan qızın əşyalarını tutmalıdır.
• Çıxarkən oğlan (kişi) qapını açmalı və qıza çıxmaq üçün yol göstərməlidir.
Məsləhət görülmür:
• Masanın eyni tərəfində oturmaq;
• Yeməklərə üfürmək və ya onları iyləmək;
• Masa arxasında saç daramaq;
• Masanın üzərinə çanta, əlcək, cib dəsmalı, daraq və s. qoymaq;
• Müştərilər üçün nəzərdə tutulmuş qəzeti və jurnalı uzun müddət oxumaq;
• Digərlərinin hərəkətlərini izləmək;
Xidmət sahələri, etiket, real davranış, verbal davranış, nəzakətlilik, ədəblilik, mərifətlilik, zəriflik, təvazökarlıq, sadəlik, dürüstlük. |