Əgər işinizin gözəl alınmasını istəyirsinizsə, o zaman həmüz, həmdə astar tərəfdən artıq hissələr kəsilib götürüləndən sonra parçanın kənarını mümkün olduğu qədər əlinizlə saçaqlandırın, sonra isə bu saçaqları səliqəli şəkildə kəsib götürün. Bu əməliyyatı lazımi nəticə alanadək bir neçə dəfə təkrarlayın.
Bu tikiş növü averlokla salınmış tikişdən çox vaxt aparsa da, ondan daha etibarlıdır. Çünki bu zaman ziqzaqşəkilli tikişlə sırıqlanmış kənarların saçaqlanması halı təkrarlanmır.
Tikiş maşınında iş zamanı təhlükəsizlik qaydaları
Kənarların sırıqlanması, ziqzaqşəkilli tikiş, tikiş xəttinin uzunluğu, tikiş xəttinin eni, tikiş xəttinin şəklinin dəyişməsi, tikiş üçün artırma, qatlama, burulma. |
PRAKTİK İŞ |
Resurslar: parça kəsikləri, saplar, tikiş maşını
1. Bir parça kəsiyinin kənarını ziqzaqşəkilli tikişlə sırıqlayın.
2. Digər parça kəsiyinin kənarlarını 5 mm məsafə buraxaraq ziqzaqşəkilli tikişlə sırıqlayın.
Buraxdığınız zolağı tikiş xətti boyunca kəsib çıxardın.