Muncuqla naxıştikmə, kanva, lavsan, monosap, muncuğun «iynə qabağa» tikişi. |
PRAKTİK İŞ |
MUNCUQLA NAXIŞTİKMƏ TEXNOLOGİYASININ
MƏNİMSƏNİLMƏSİ
Resurslar: adi parçaya güzgü əksi köçürülmüş şəkil, müxtəlif rəngli muncuq, qayçı, iynə, oymaq, monosap, kargah.
1. Üzərində şəkil olan kağız vərəqi əsas parçaya iynələrin köməyi ilə birləşdirin. Şəkil gələcək məmulatın astar hissəsində olmalıdır.
2. İynəyə muncuq taxın. Sonra iynəni işə başladıgınız yerdən çıxararaq «iynə qabağa» tikişini yerinə yetirin.
3. Sapı 2 muncuqdan keçirin.
4. Bütün naxıştikməni bu sxem üzrə yerinə yetirin. Astar tərəfdən baxanda naxış mütləq səliqəli və estetik görünməlidir.