Bir təsviri işləmək üçün eyni növ, müxtəlif formalı muncuqlardan istifadə olunur. Naxıştikmə üçün keyfiyyətli muncuq seçilməlidir. Sayda səhvə yol verməmək üçün, sxemdəki damaların miqdarını qabaqcadan saymaq lazımdır. 1 qr. orta ölçülü muncuq təxminən 50 ədəd olur. Muncuqla naxıştikmədə alət olaraq düzbucaqlı və ya dairəvi çərçivəli gərgahlar istifadə edilir.
Kiçik və səpələnən material olduğudan, muncuqları saxlamaq üçün konteynerlərdən - saxlama qablarından istifadə olunur.
Muncuqla naxıştikməyə başlamazdan əvvəl lazımi sxemi seçmək vacibdir. Salacağınız təsvirin sxemini surətçıxarma yolu ilə əldə etmək olar. Muncuqla naxıştikmə xaçvari naxışvurmadan ancaq istifadə olunan materiala və vizual həcmə görə fərqlənir. İş prinsipi isə, demək olar ki, oxşardır. Sxemdəki hər rəngli kvadrat bir xaçı və ya muncuğu ifadə edir. Muncuğun səpələnməməsi üçün iş yerinə açıq rəngli yumşaq parça salınır.
Muncuqla naxıştikmə texnologiyası nədən ibarətdir? |
Sapı ilgəyin köməyi ilə düyünsüz bərkitmək olar. Muncuqla naxıştikmənin sonunda sapı elə bərkitmək lazımdır ki, onun ucu görünməsin və etibarlı olsun (şəkil 4).
Parça üzərində muncuqla bəzək və şəkilləri müxtəlif üsullarla tikmək olar. Ən sadə üsul muncuğun «iynə qabağa» tikişidir (şəkil 5).
Muncuğun «iynə qabağa» tikişi. Parçanın astarında bərkidilmiş sapı çıxarır, muncuğu sapa keçirib iynəni geriyə, muncuğamümkün qədər yaxın olmaqla parçaya daxil edirik.
Astar tərəfdən kiçik ilgək düzəldib yenidən üz tərəfə qayıdır, iynəni muncuğa keçirir və belə davam edirik. Muncuqla naxıştikmədə sadə bir düsturu yadda saxlamaq lazımdır: 1 ilgək = 1 muncuq. Sadəcə, çalışmaq lazımdır ki, ilgəklərimiz ideal şəkildə düz və sıx olsun. İlgəyin eni muncuğun eni ilə eyni olsa, onu sallanmağa qoymaz və naxış səliqəli alınar.