MUNCUQLA NAXIŞTİKMƏ TEXNOLOGİYASI
Əl işləri - insanın həyata keçirmək istədiyi arzularıdır. Hər dövrdə insan sevincini, sevgisini naxışlara çevirib rəngbərəng saplar, parıltılı muncuqlarla parça üzərinə köçürüb. Parça üzərində naxıştikmə üçün muncuq olduqca əlverişli materialdır (şəkil 1).
Naxıştikmədə istifadə edilən muncuq «buera» - biser, kiçik şüşə damcıları adı ilə məşhurlaşıb. Muncuqlar şüşədən və plastikdən hazırlanır. Naxıştikmə ustaları ən müxtəlif rənglərdə muncuqlarla işləməyi sevir. Muncuqla naxışladığınız hər birməmulat doğmalara və dostlara gözəl hədiyyə, evimizin dəbli bədii gözəllik elementi ola bilər.
Muncuğun bəzək elementi kimi tarixi çox əvvəllərə gedib çıxır. Hələ lap qədim zamanlarda Misir fironlarının və zadəganlarının geyimi muncuqla bəzədilirdi. Hazırda muncuqla naxıştikmədən məşhur dəb ustaları və bacarıqlı tikməçilər istifadə edirlər (şəkil 2).
Muncuqla naxıştikmə üçün hansı alət və materiallar lazımdır? |
Muncuqla naxıştikmə üçün istifadə edilən alət və materiallar şəkil 3-də göstərilmişdir.
Naxıştikmə üçün muncuqların ölçüsü parçanın qalınlığına və sıxlığına uyğun olaraq seçilir. Son zamanlar naxış üçün kanvadan istifadə edilir. Muncuqlu tikmə üçün kanvada damanın ölçüsü muncuğun diametrindən artıq olmamalıdır. Muncuqla naxıştikmə işlərinə sıx parça üzərində başlayın. İlk iş üçün sadə şəkil seçin. Muncuqla naxışsalma üçün nazik iynədən, incə və etibarlı hesab edilən lavsan* və ya monosapdan* istifadə edin. İşləyən zaman iynədə sapın uzunluğu 30-40 sm-dən artıq olmamalıdır.
*Lavsan - sintetik parça
*Monosap - fırça və balıq ovu üçün torun hazırlanmasında istifadə edilən kimyəvi lif