Təsvirin salınması üçün parçanın gərgahda dartılması vacibdir. Bundan başqa, kiçik qayçı, oymaq, surətçıxarma kağızı, karandaş və santimetr lenti lazım olacaq. Həcmli naxıştikmədə tətbiq olunan əl tikişinin əsas növlərinin yerinə yetirilmə üsullarını nəzərdən keçirək.
«İynə qabağa» tikiş. Bu tikişi yerinə yetirmək üçün (şəkil 2) iynəni növbə ilə parçanın gah üz, gah da astar tərəfinə daxil etmək lazımdır. Bu zaman salınan sırıq arasının uzunluğu, adətən, 0.5 sm-i aşmır. Sırıqların arasındakı məsafə isə ya o qədər, ya da bir qədər az olur.
«İynə arxaya» tikiş. Bu tikiş zamanı (şəkil 3) saplı iynə parçanın üz tərəfinə çıxarılır və ilmənin ölçüsü qədər sağa batırılır. Sonra iynə astar tərəfdənkeçirilir və birinci taxılma yerindən ilmənin ölçüsü qədər sola çıxır. Tikiş sağdan sola, tikişin sırıq araları isə soldan sağa yerinə yetirilir.
Həcmli naxıştikmənin hansı növlərindən daha çox istifadə olunur və onların yerinə yetirilmə texnikası necədir? |
Naxıştikmə üçün çoxlu sayda müxtəlif növ texnologiya və materiallar mövcuddur. Həcmli naxıştikmənin ən çox istifadə olunan növləri bunlardır: saplarla həcmli naxıştikmə, həcmli xaçvarı naxıştikmə, sıx tikişli naxıştikmə.
Bu növlərin hər birində naxıştikmə şəklin parçaya çəkilməsi və ya köçürülməsi ilə başlayır.
Şəkil 4. Həcmli naxıştikmə: a - saplarla; b - xaçvarı; c - sıx tikişli
Saplarla həcmli naxıştikmə. Saplarla həcmli naxıştikmə (şəkil 4, a) sadə «irəli-arxaya» tikişlərlə işlənir. Bu növ naxıştikmədə muline və yun saplar da daxil olmaqla, ənmüxtəlifsap növlərindən istifadə edilir. İşlədilən sapın qalın və nazik olması hesabına təsvirin lazımi qabarıqlığı əldə edilir.