Həcmli naxıştikmə haqqında nə bilirsiniz? |
Həcmli naxıştikmə əl sənətidir. Bu sənətin əsası İngiltərədə qoyulub. Həcmli naxışlar müxtəlif növ naxıştikmə texnikası ilə yerinə yetirilir. Bu da salınan təsvirdə 3D effekti yaradır. Bu sənət növü orijinal naxışlarla bəzənmiş parçaların yaranmasına imkan verir. Həcmli naxıştikmə nəticəsində, belə demək olarsa, canlı şəkil yaranır (şəkil 1).
Şəkil 1. Həcmli naxıştikmə məmulatları
Həcmli və müstəvi naxıştikmə bir-birindən nə iləfərqlənir? |
Həcmli tikmə müstəvi naxıştikmədən fərqli olaraq, səth üzərində yüksəlir və naxış tikilən parçaya ifadəli relyef verir. Naxıştikməyə həcmi xüsusi qabarıq tikişlərin və materialların köməyi ilə vermək olar.
Həcmli naxıştikmə üçün hansı materiallar və alətlər lazımdır? |
Tikmə üçün əsas olaraq kifayət qədər sıx toxunuşa malik, deformasiyaya dözümlü parça götürmək lazımdır. Bu, trikotaj*, kətan, plastik kanva* və ya cins parça ola bilər.
Naxıştikmə üçün yun, pambıq, ipək saplardan istifadə olunur. İynənin seçilməsi parça və saplardan asılıdır. İynə nə qədər nazik olsa, iş bir o qədər səliqəli alınar. Həcmli naxıştikmə üçün kargah və ya çərçivə lazımdır.
* Trikotaj - maşınla toxunmuş parça, həmçinin bu parçadan məmulatlar
* Kanva - üzərində naxışlar işləmək üçün dama-dama parça