Yalnız bazarda, bukinist dükanlarında və sahibkarın endirim edə biləcəyi digər yerlərdə qiyməti aşağı salmaq üçün sövdələşmə aparmaq olar.
• Mağazaya girişdə bəzən insanların çox olması maneə yaradır. Bu halda kimisə itələmək, çıxan alıcıların arasından içəri daxil olmağa çalışmaq lazım deyil. Əvvəl mağazadan çıxanlara yol vermək, sonra isə içəri daxil olmaq daha nəzakətli davranış hesab edilir.
• Mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, vacib səbəb olmadan içəri girmək arzuolunan deyil.
• Bir çox iri mağazalarda, xüsusən özünəxidmət qəbul edilmiş supermarketlərdə girişdə çantaların saxlanması üçün xüsusi dolab və ya rəflər olur. Supermarketə daxil olarkən çantanı və digər əşyaları dolaba qoymaq, bazarlıq üçün xüsusi səbət və araba götürməkməsləhətdir. Daha sonra almaq istədiyinizməhsulları kassadan keçirərək bütün bazarlığın pulunu ödəmək, saxlama dolabından çantanı götürüb mağazanı tərk etmək lazımdır.
• Alıcılar üçünmövcud olan etiket qaydalarından başqa, satıcılar və mağazanın digər işçiləri üçün də bəzi ədəb qaydaları nəzərdə tutulmuşdur.
İctimai iaşə sahəsində (kafelərdə, yeməkxana və restoranlarda) davranış və ünsiyyət mədəniyyəti nədən ibarətdir? |
• Müasir iaşə obyektlərinin əksəriyyətində müştərilərin üst geyimlərinin, çətir, çanta və paketlərinin saxlanması üçün qarderob var. Əgər qız oğlanla gəlibsə, o zaman oğlan qıza paltosunu (plaşını) çıxarmaqda və geyinməkdə kömək etməlidir.
• Qarderob olmayan yerlərdə zalda bu məqsədlə qoyulmuş asılqandan istifadə etmək daha məqsədəuyğundur.
• Əgər nahar zamanı işgüzar sualları müzakirə etmək lazımdırsa, içərisində sənədlər olan qovluğu və ya portfeli özünüzlə götürmək olar.
• Yalnız vestibüldə və ya tualet otağında saç düzümü və geyimi səliqəyə salmaq olar.
• Kafenin, restoranınvə ya yeməkxananın zalına birinci oğlan daxil olmalı, sonra bu yerin qızın xoşuna gəlib-gəlmədiyini soruşmalıdır. Digər müştəriləri narahat etməmək və onlara toxunmamaq üçün masaların arası ilə ehtiyatla keçmək lazımdır. Digər masaların arxasında oturanları və masaların üzərində olanyeməkləri nəzərdən keçirmək olmaz.
• Əgər boş masalar yoxdursa, amma artıq tutulmuş masalar arxasında boş yerlər varsa, oturmaqməsləhət deyil. Əgər əyləşməkməcburiyyətində qalsanız,mütləq icazə almaq lazımdır. Əgər sizə icazə versələr, təşəkkür etmək və sonra əyləşmək lazımdır.
• Belə yerlərdə üzü zala oturmaq daha rahat hesab edilir.