Qaxac edilmə qida məhsulunun susuzlaşdırılması və xörək duzu ilə kimyəvi konservləşdirilməsidir.
Qıcqırtma qida məhsulunun turşularla bioloji saxlanması və duzlanmasının vəhdətidir.
Ev şəraitində konservləşdirmə üçün hansı avadanlıq tələb olunur? |
Ev şəraitində konservləşdirmə üçün uyğun avadanlıq və qablaşdırmamaterialı seçilməlidir (şəkil 2).
Konservləşdirmə üçün ən etibarlı qablaşdırmamaterialı bankadır. Banka təkrar istifadəyə yararlı, davamlı, istənilən ərzaq üçün əlverişli və kip qablaşdırma vasitəsidir. Bundan başqa, konservləşdirmədə mətbəx avadanlığı - aşsüzən, emallı ləyən və qazanlar, bıçaq, sürtkəc, tərəvəzdoğrayan, banka üçün tutqac, qapaqbağlayan maşın lazımdır.
Kip bağlama nədir? |
Kip bağlama emal edilən məhsula mikroorqanizmlərin və havanın düşməsinin qarşısını alır. Qablaşdırmanın kip bağlanması konservlərin ərzaq və əmtəə məhsulu kimi mövcudluğunun əsas şərtidir. Məhsulu konservləşdirmək təkcə mikrobların məhv edilməsi deyil, həm də onların yenidən yaranmaması mühitinin yaradılmasıdır.
Bəs konservləşdirmə texnologiyası nədən ibarətdir? |
Meyvə, tərəvəz və giləmeyvələrin konservləşdirilməsi bir neçəmərhələdə aparılır: mexaniki emal (növlərə ayırma, yuma, təmizləmə, doğrama), isti emal, qablama materialının hazırlanması, çəkilib qablara doldurulması ağzının bağlanması, sterilləşdirilməsi, pasterizə edilməsi və hazır məhsulun saxlanması.