Bəs şərbətin hazırlanma texnologiyası necədir? |
Hazır paxlavanın üzərinə ya şəkər, ya bal, ya da şəkər və bal qarışığından ibarət şərbət gəzdirilir. Şərbətə ədviyyat əlavə edilir.
Bal şərbəti 500 qram balı 100 qram suda həll etməklə alınır. Hazır bal şərbəti qaşıqdan süzülərkən sap kimi uzanmalıdır.
Bal-şəkər qarışıqlı şərbət aşağıdakı kimi hazırlanır: 1.5 stəkan şəkər tozuna 2 stəkan su əlavə edilir və bişirilir, üzərində əmələ gəlmiş köpük götürülür. Şəffaf şərbətə 200 qram bal qatılır və nazik sap kimi süzülənədək qaynadılır.
Şəkər şərbəti isə şəkər tozuna su və ədviyyat əlavə etməklə hazırlanır. 1 stəkan şəkər tozu 0,5 stəkan suya qatılır, ona 0,5 çay qaşığı zəncəfil, portağal qabığı və ya limon əlavə edilməklə 5 dəqiqə ərzində qaynadılır. Belə şərbət ətirli və dadlı olur.
Təhlükəsizlik və sanitariya qaydaları |
Paxlava bişirdikdə istənilən soba üçün yüksək temperaturla bağlı təhlükə vardır.
Un məmulatları, xəmir (mayalı, mayasız, qatqat), içlik, döyülmüş qoz, fındıq, badam, şəkər tozu, darçın, hil, şərbət. |
PRAKTİK İŞ |
1. Paxlavanın hazırlanma ardıcıllığını şərh edin.
2. Novruz bayramında paxlavanın hazırlanması prosesində ananıza köməklik göstərin.