İnsanın qida rasionunda ərzaq məhsullarının yeri onların enerji və qida dəyərliliyi ilə təyin edilir.
Çörək məhsulları dənli bitkilərin emalından alınır.
Bəs bu dənli bitkilər hansılardır? |
Geniş yayılmış dənli bitkilər bunlardır:
Çörək məhsulları bədənin kaloriyə olan ehtiyacının 60%, zülala - 35%, dəmirə - 50%, kalsiuma - 10%, vitamin B1-ə - 50%, vitamin B6-ya - 25% ödəyir.
İridənli bitkilərdən un və nişasta alınır.
Un məmulatları üçün əsas xammal nədir? |
Un məmulatlarının hazırlanmasında əsas xammal undur. Ona əlavə kimi hazırlanacaq məmulatın ərzaq sıralanmasında göstərilən digər qida məhsulları: mayelər - süd, su, qaymaq; yağlar - heyvan mənşəli yağlar, marqarin, bitki yağı, yumurta, yumurta ağı, xama, şəkər tozu, bal, duz, maya, kimyəvi qabartma tozları.
Un. Şirniyyatların hazırlanması üçün, əsasən, əla və birinci növ buğda unundan istifadə edilir. Yalnız bəziməmulatlar,məsələn, pryaniklər ikinci növ undan hazırlanır. Müxtəlif növ buğda unları fərqli yapışqanlılıq dərəcəsinə malik olur. Hətta eyni növ unların da yapışqanlılığında bəzən fərq müşahidə edilir.