Xəmiri yaymaq üçün oxlovlar taxtadan, farfordan və plastmasdan olur. Oxlov hamar, zədəsiz olmalıdır. Amma xəmirə naxış salmaq üçün xüsusi səthi relyef naxışlı oxlovlar var.
Taxta kürəklərlə duru xəmiri qarışdırmaq olduqca rahatdır. Xəmiri işləmə lövhəsi və yaxud masanın hamar səthi üzərində bişirilmə üçün hazırlayırlar. İşləmə taxtalarını, oxlovları, qab-qacağı, qarışdırıcını, şirniyyat şprisini, onun ucluqlarını, bıçağı və digər əşyaları xəmir işi qurtardıqdan sonra isti su ilə yuyur və qurulayırlar.
Şəkil 3. a - mətbəx lövhələri; b - oxlovlar; c - taxta kürəklər
Mədə-bağırsaq xəstəliklərindən və zəhərlənmələrdən qorunmaq üçün qida məhsullarının emalı, istifadəsi və saxlanması qaydalarına riayət etmək lazımdır. İstifadə edilən ərzaqların keyfiyyət göstəricilərinə ciddi nəzarət olunmalıdır. Məsələn, hər bir yumurta ayrıca qaba qırılmalı, təzəliyinə əmin olandan sonra digərlərinə əlavə edilməlidir. Çiy ərzaqları isti emal edilmişlərlə qarışdırmaq olmaz. Qab-qacaq və digər mətbəx avadanlığı təyinatı üzrə işlədilməlidir. Bütün bunlarla yanaşı, mətbəxdə şəxsi gigiyena və səliqə çox vacib şərtlərdən biridir.
Mətbəx tavaları, sinilər, qəliblər, un məmulatları. |