• təvazökarlıq - bütün hallarda öz fərdi və müsbət keyfiyyətlərini qoruyub saxlamaq bacarığı, özünə xas olmayan xüsusiyyətlər sərgiləməmək, öz üstünlüyü, müsbət cəhətləri ilə lovğalıq və ədəbazlıq etməmək;
• sadəlik - sosial pillədə kimin «yuxarıda», kimin isə «aşağıda» yerləşməsini büruzə verməməkdir.
• dürüstlük - doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığı. Bu xüsusiyyət insanın nəinki düzgünlüyünü, həm də etibarlılığını təsdiq edir.
Sözsüz ki, insanda davranış mədəniyyəti yuxarıda sadalanan norma və hallarla kompleks surətdə formalaşır.
Təsadüfi deyil ki, davranış mədəniyyəti normaları siyahısında ilk pillədə nəzakətlilik durur. Nəzakətlilik ünsiyyətin əsas şərtidir.
Ticarət xidmətləri sahəsində davranış və ünsiyyət mədəniyyəti nədən ibarətdir? |
İnsanlar mağazaya alış-veriş etməklə yanaşı, nəzərdə tutulacaq endirimlərlə bağlı məlumat toplamaq (və ya almaq) üçün də daxil olurlar. Təbiidir ki, mağazada da davranış digər istənilən ictimai yerlərdə olduğu kimi e*tiket qaydaları ilə tənzimlənir. Mağazada alıcı, adətən, üç kateqoriya insanla ünsiyyətdə olur: satıcılar, kassir və digər alıcılarla. Hamı ilə mütləq ədəblə və ümumi qəbul edilmiş etiket normaları çərçivəsində davranmaq lazımdır.
Mağazada davranış qaydaları alıcının hansı növ ticarət mərkəzinə getdiyindən asılıdır: fərdi xidmət mağazasına və ya özünəxidmət supermarketinə.
• Alış-verişə getməzdən öncə mağazada lazım olanları yada salmağa vaxt itirməmək, bununla da digər alıcılara mane olmamaq və satıcıları işdən ayırmamaq üçün bazarlığın siyahısını tərtib etmək lazımdır. Hətta evin yaxınlığında olan mağazaya belə ev geyimində getmək olmaz.
• Mağazada davranış bir neçə ümumi qaydalarla tənzimlənir. Bu qaydaları istənilən alıcı istər böyük supermarket, istərsə də kiçik ərzaq dükanına girərkən xatırlamalıdır.
• Mağazada səs salmaq, hündürdən danışmaqla özünə diqqət cəlb etmək olmaz.
Hamı mağazadan nəsə almaqməcburiyyətində deyil. Amma saatlarla malları əldən keçirmək, satıcını təngə gətirmək də arzuolunan hal deyil. Yaxşı olar ki, əvvəlcədən nələrin alınacağı müəyyənləşdirilsin və mağazada məqsədyönlü və planlaşdırılmış alış-veriş edilsin.
• Alış-veriş edərkən satıcıya aldığınız malın dəyərindən əlavə pul vermək məsləhət deyil.
* Etiket (fransızcadan etiquette - yarlıq, etiket) - insanların cəmiyyətdə davranış normaları və qaydaları