Un məmulatlarının bişirilməsində hansı alət və tərtibatlardan istifadə edilir? |
Tavalar və sinilər. Undan hazırlanmış yarımfabrikatlar bişirilmək üçün içi yağlanmış sinilərə yığılıb sobaya verilir. Duru xəmirdən məmulat hazırlanarkən kənarı hündür və açılıb çıxarılan tavalardan istifadə edilir (şəkil 1, b).
Mətbəx tavası kənarları qatlanmış olan nazik metal və yaxud şüşə bişirmə qabıdır.
Şəkil 1. Un məmulatlarının sobada bişirilməsi üçün sini və mətbəx tavası:
a -
sini; b - mətbəx tavası; c - şirniyyat bişirmək üçünformalı qablar
Qəliblərin köməyi ilə müxtəlif formalı və ölçülü cəlbedici xarici görünüşə malik şirniyyat növləri hazırlamaq olar. Qəliblər dairəvi, oval, rombşəkilli və dahamürəkkəb quruluşlu - çiçək, ulduz, yarpaqşəkilli olur. Qəliblər altlıqlı və altlıqsız olur. Altlıqsız qəliblərlə kəsilmiş şirniyyat tavalarda bişirilir. Bişirilmə üçün şirniyyatın altına bişirmə kağızı (kalka) sərilir. Altlıqlı qəliblərdə duru xəmirdən hazırlanan piroqlar, kekslər və s. bişirilir. Peçenyelərə müxtəlif forma vermək üçün onları altlıqsız qəliblə kəsirlər. Belə qəliblərin kənarları (şəkil 2, a) iti olmalıdır.
Şəkil 2. a - qəliblər; b - ləyənlər; c - şirniyyat şprisi
Müxtəlif ölçülü ləyənlər xəmirin yumurta, şəkər, yağ və s. tərkib hissələri əlavə edilməsi ilə qarışdırılması və yoğurulması üçün istifadə edilir (şəkil 2, b).
Şirniyyat şprislərindən tortların, pirojnavə peçenyelərin kremlə bəzədilməsində istifadə olunur. Belə şprislər müxtəlif formalı ucluqlarla təchiz edilmişdir (şəkil 2, c).
Mətbəxdə üzərində xəmiri qarışdırmaq, yaymaq və müxtəlif şəklə salmaq üçün taxta lövhələr olur. Kiçikölçülü mətbəx lövhələrinin üzərində piroq doğranır, qoz, fındıq döyülür.