Tozsoranın ən başlıca elementi onun filtridir. Yaxşı filtri olmayan tozsoran
tozu özünə çəkib, onu yenidən havaya buraxacaq. Müasir göstəricilərə
əsasən, hətta 99 % filtrləmə belə havanın təmizlik dərəcəsinə əks göstərici
hesab edilir. Çünki havanın tərkibindəki 1% toz istənilən sayda bakteriya,
virus və allergen yaya bilər. Ona görə də keyfiyyətli filtrləmə havanın 99,95%
təmizlənməsi hesab edilir. Bu göstəricini əldə etmək üçün havanın bir neçə
mərhələdə təmizlənməsi həyata keçirilir.
Məişət tozsoranı ilə iş zamanı təhlükəsizlik qaydaları
Qadağandır:
- İşi bitirdikdən sonra tozsoranı işlək vəziyyətdə qoymaq;
- Tozsorandan nəm səthlərin təmizlənməsi üçün istifadə etmək;
- Tozsoranın şnurundan tutub, o tərəf-bu tərəfə sürümək;
- Şnuru qapının arasında qoymaq, onu sərt künclərdən çəkib çıxartmaq;
- Tozsoranın çəngəlinə yaş əllə toxunmaq;
- Tozsoranın ucluqları və borusu tıxandıqda onunla işləmək;
- Şəbəkəyə qoşulu tozsorandan tozluğu təmizləmək üçün çıxartmaq.
|
Tozsoran, tozluq,filtr, buraxıcı tor, tozsoran ucluqları. |
- Məişət tozsoranının təyinatı nədir?
- Məişət tozsoranı hansı tərkib hissələrindən ibarətdir?
- Tozsoranın elektrik mühərriki hansı funksiyanı yerinə yetirir?
- Müasir tozsoranlar hansı əsas əlamətinə görə fərqlənir?
- Tozsoran ucluqları nə üçün nəzərdə tutulmuşdur?
- Tozsoranın iş prinsipi nədən ibarətdir?
- Tozsoranla iş zamanı hansı təhlükəsizlik qaydalarına riayət edilir?
|
PRAKTİK İŞ |
TOZSORANIN QURULUŞU İLƏ TANIŞLIQ
Resurslar: tozsoran, tozsoranın istismar
qaydaları
kitabçası, ucluqlar və tərtibatlar.
Tapşırıq:
- Tozsoranın quruluş və iş prinsipini öyrənin.
- Tozsoranın texniki göstəricilərini yazın.
- Tozsoranın müxtəlif ucluqlarla işini yoxlayın.