Soyuducunun istismarı zamanı elektrik təhlükəsizliyi qaydaları |
1. Soyuducunu elektrik şəbəkəsinə qoşmazdan əvvəl onun çəngəl və şnurda izolyasiya pozulmasını yoxlayın.
2. Soyuducunun gövdəsində qısa qapanma olduqda, onu şəbəkədən ayırın və nasazlığı aradan qaldırmaq üçün usta çağırın.
3. Soyuducuya və yerlə təbii birləşməsi olan qurğulara (qaz pilətəsi, qızdırıcı radiator, su kəməri kranı və s.) eyni zamanda toxunmayın.
4. Soyuducunun daxilini və xaricini qaydaya salmaq, onun altındakı döşəməni yumaq, nasazlıqları aradan qaldırmaq üçün elektrik çəngəlini mütləq şəbəkədən ayırın.
5. Rütubət və cərəyan keçirən döşəməli (metal, torpaq, dəmir-beton) otaqlarda soyuducuların istismarı qadağandır. Yanğından mühafizə məqsədilə soyuducuda gücü 15 vt-dan çox olan lampa quraşdırmaq qadağandır.
Soyuducu, istilik keçirməyən kamera, soyuducu kamera, kompressiyaedici, absorbsiyalı, termoelektrik, istilik tənzimləyicisi, kondensasiya, buxarlandırıcı, kompressor, freon, qurutma kanallı filtr, kapilyar boru kəməri, drosselləşdirmə. |
PRAKTİK İŞ |
Resurslar: Soyuducu və dondurucu aqreqatın şəkilləri, soyuducunun istismar qaydaları kitabçası.