Məişət soyuducuları tez xarab olan qidaməhsulları, yarımfabrikatlar və hazır xörəklərin soyudulmaqla qısamüddətli saxlanması üçün nəzərdə tutulub.
Soyuducu nədir? |
Şəkil 1. Məişət soyuducusu:
1 - dondurucu kameranın tutumu;
2 - aralıq qutu; 3 - üst yeşik;
4 - soyuducu kameranın rəfləri;
5 - temperatur tənzimləyicisi;
6 - soyuducunun işıqlandırma qurğusu;
7 - ağzı qapaqlı saxlama qabı;
8 - çevrilən rəf; 9 - yumurta saxlama rəfi;
10 - rəf ayıran; 11 - çəpərli rəf;
12 - meyvə və tərəvəz qabı;
13 - tənzimləyici dayaqlar
Soyuducu istilik keçirməyən kamerada aşağı temperaturu qoruyub saxlaya bilən qurğudur.
Soyuducular iki növə ayrılır: qida məhsullarını saxlamaq üçün orta temperaturlu kameralar və aşağı temperaturlu dondurucular.
Sənaye ən müxtəlif quruluşlu məişət soyuducuları istehsal edir. işləmə prinsipinə görə soyuducular kompressiyalı, absorbsiyalı termoelektrik olur. Ən çox yayılan kompressiyalı dondurucularıdır.
Kompressiyalı soyuducunun quruluşu necədir? |
Şəkil 1-dəki ikiqapılı soyuducunun daxilində mənfi temperaturu qoruyub saxlayan dondurma kamerası, qida məhsulları üçün saxlama hissələri (soyuducunun aşağı hissəsi) və məhsulların yerləşdirilməsi üçün rəfləri olan soyuducu kamera yerləşir. Soyuducunun maşın bölməsində soyuducu aqreqat (arxa divarında yerləşdirilib) var. Kameralar soyuducunun bayır divarlarından istilik keçirməyən materialdan xüsusi qatla ayrılır. Kameranın qarşısı qapılarla bağlanıb.
Qapının ikiqatlı divarlarında da istilik keçirməyən material var. Hər tərəfdən soyuducunu əhatə edən istilikkeçirməyən qat xaricdəki istiliyi daxilə keçməyə qoymur.