Yumadan sonra su xüsusi
şlanq vasitəsilə kanalizasiyaya axıdılır (şəkil 2,3-5). Bunun üçün maşında
çənin altında boşaltma nasosu var (şəkil 2-6). Suyun axıdılmasından başqa
bu nasos daha bir funksiyanı - suyun təkrar istifadəsini həyata keçirir. Bu
yolla yuyucu toz suda daha yaxşı həll olunur. Bu funksiyanı bunun üçün
nəzərdə tutulmuş digər nasoslar da yerinə yetirə bilər. Paltaryuyan maşının
işi idarəetmə lövhəsi vasitəsilə tənzimlənir (şəkil 2-8). Müasir paltaryuyan
maşınlar çoxlu sayda yuma rejimi və təhlükəsizlik sistemi ilə təchiz edilib.
Məsələn, əgər maşında suyun itirilməsi nəticəsində artıq köpük yaranarsa,
maşın suyun verilməsini dayandırır, barabanda paltar qeyri-bərabər olarsa,
onun sürətli hərəkətini əngəlləyir. Getdikcə sürət azalır və paltar bərabər
sürətdə barabana paylanır və yenidən əvvəlki hərəkət bərpa olunur.
|
Təhlükəsizlik qaydaları |
- Yerlə birləşdirici çıxışı olan rozetkalardan istifadə edin.
- Vanna otağına açıq rozetka qoymayın. Belə rozetkalar rütubətdən müdafiə tipli olmalı və su
mənbələrindən mümkün qədər aralıda qoyulmalıdır.
- Axıtma, küy, iy, maşının gövdəsində gərginlik hiss etdikdə onun işini
dayandırın. Unutmayın, maşının altındakı döşəmə quru olmalıdır!
-
Nasazlıq yaranarsa, mütəxəssis çağırın, qüsuru özünüz aradan qaldırmağa
çalışmayın.
|
Paltaryuyan maşın, yumanın mexanikləşdirilməsi və avtomatlaşdırılması,
fırlanan baraban, qızdırıcı element, titrəmə, yuma və sıxma, idarə lövhəsi.
|
- Paltaryuyan maşın nə üçün nəzərdə tutulub?
- Paltaryuyan maşının avtomatlaşdırılmasında məqsəd nədir?
- Paltaryuyan maşının hansı növləri var?
- Paltaryuyan maşının quruluşu necədir?
- Paltaryuma texnologiyası nədən ibarətdir?
- Yaylar nəyə xidmət edir?
- Səviyyə relesinin funksiyası nədir?
- Paltaryuyan maşınla iş zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?