Şəkil 2. 1 - elektrik qapaqları bloku;
2 - yuyucu vasitələrin paylaşdırılma bunkeri;
3 - çən;
4 - qızdırıcı element (İEQ);
5 - boşaltma şlanqı;
6 - boşaltma nasosu;
7 - səviyyə relesi;
8 - idarəetmə lövhəsi
Şəkil 3. 1 - çənin asılma yayı;
2 - əks ağırlıq; 3 - elektrik
mühərriki; 4 - elektrik mənbəyi
şnuru; 5 - boşaltma şlanqı
Paltaryuyan maşının barabanı yuma və sıxma kimi iki iş rejimində işləyir. Yuma rejimində baraban növbə ilə hər iki tərəfə və yavaş fırlanır. Sıxma rejimində isə onun hərəkəti sürətlənir. Müasir paltaryuyan maşınlar dəqiqədə 2000 dövr ilə işləmə sürətinə malikdirlər. Fırlanma momentinin elektrik mühərrikinin (şəkil 3-3) valından barabanın valına ötürülməsinin iki üsulu mövcuddur. Ötürülmənin ənənəvi üsulu qayış ötürməsidir. Bu üsulun yüksək səs, elektrik enerjisinin israfı və sürtünmədən qayışın tez-tez yeyilib sıradan çıxması kimi nöqsanları var. Ənmükəmməl üsul isə birbaşa intiqaldır. Belə qurğularda elektrik ötürücüsü birbaşa barabanın oxuna geydirilmişdir, bu da işləmə zamanı səsin və enerji israfının azalmasına şərait yaradır.
Maşının mexanizmində həm də səviyyə relesi (şəkil2-7) var. Səviyyə relesi yuyulan paltarın miqdarından asılı olaraq çənə yığılan suya nəzarət edir.