Cərəyan keçən naqilin maqnit qütbləri arasında davamlı hərəkətini təmin etmək üçün onu çərçivə şəklinə salırlar. Bu çərçivənin hər iki tərəfinə maqnit eyni anda, amma əks istiqamətlərdə təsir göstərəcək: çərçivənin bir tərəfini cəzb edəcək, digər tərəfini itələyəcək (şəkil 2). Yarım dövrdən sonra çərçivə dayanacaq. Çərçivənin eyni istiqamətdə hərəkətini təmin etmək üçün isə həmin an oradakı cərəyanın istiqamətini dəyişmək, daha dəqiq desək, mənbədən cərəyan götürən naqillərin uclarının yerini dəyişmək lazım gələcək. Bu, kollektorlu mühərrikin işinin əsasıdır.
Çərçivədə cərəyanın istiqamətinin avtomatik dəyişdirilməsi üçün xüsusi dəyişdirici açar - kollektor (şəkil 3) quraşdırılıb. O, iki yarımdairəvi kontakt lövhədən ibarətdir. Çərçivənin hər çıxışı ayrıca yarımdairəyə lehimlənib.
Kollektora iki elastiki metal lövhə (fırçalar) sıxılıb ki, bu lövhələr də enerji mənbəyinə naqillər vasitəsilə qoşulub.
Kollektorlu mühərrikin quruluşunu nəzərdən keçirək (şəkil 4).
Şəkil 4. Kollektorlu elektrik mühərrikinin quruluşu:
a - ümumi quruluşu; b - kollektorun mis lövhələri