Avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olmaq üçün avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə nəzarət mexanizmi ilə tanış olaq (şəkil 2).
Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqda məlumat verməkdir. Bu avtomat qurğuda siqnal ötürücü üzgəcdir (6), gücləndirici - ling (4) isə xüsusi qol (5) ilə üzgəcə bağlanmışdır.
Qabda mayenin səviyyəsinin dəyişməsi (artması və azalması) hərəkətli kontaktın (2) yerini dəyişməsinə (yuxarı və aşağı) səbəb olur. Mayenin mümkün olan ən aşağı səviyyəsində kontaktlar (1 və 2) qapanır (qırmızı lampa yanır). Səviyyə ən yüksək nöqtəyə çatanda, 2 və 3 kontaktları qapanır (yaşıl lampa yanır). Yaşıl və qırmızı lampaların işıqlanması çəndə suyun səviyyəsinin yüksək və ya alçaq olmasının göstəricisidir.
Belə qurğuların siqnal lampaları rahat yerdə quraşdırılır.
Avtomatlaşdırılmış qurğu, avtomat, texnoloji proses, avtomatlaşdırılmış qurğuların növləri, avtomatlaşdırılmış (nəzarət, mühafizə, tənzimləmə, idarəetmə) qurğuları, diyircəkli yastıq. |
PRAKTİK İŞ |
Tapşırıq: Aşağıdakı təsvirləri nəzərdən keçirin və bu qurğuların hansı avtomatlaşdırılmış qurğu növünə aid olduğunu müəyyənləşdirin.