Kənd təsərrüfatını da bu gün avtomatlaşdırılmış qurğularsız təsəvvür etmək olmaz. Örtülü şitilliklərdə, inkubatorlarda yumurtaların seçilməsi, yerləşdirilməsi və qablaşdırılmasında çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.
Avtomatika nədir? |
Avtomatika elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəticələnən, böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zəruridir.
Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur? |
Avtomatlaşdırılmış qurğuların aşağıdakı növləri var: mexaniki, elektro-mexaniki, elektron və termoelektrik. Onlardan ən çox yayılanı elektromexaniki və elektron cihazlar - kompüterlərdir.
İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular dörd əsas qrupa ayrılır: avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarəetmə qurğuları.
Avtomat qurğular hansı hissələrdən ibarətdir? |
Müasir cihazlar nə qədər mürəkkəb quruluşa malik olsalar da, əsasən, eyni tərkib hissələrindən ibarətdirlər. Hər bir avtomatlaşdırılmış qurğuda ötürücü, gücləndirici, icraedici və istehsal mexanizmləri var. Ötürücü avtomat qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyyatlı elementidir. Əksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarəetməyə rahat gələn elektrik siqnallarına çevirir.
Ötürücüləri müasir maşınların özünəməxsus «gözləri», «qulaqları» və həssas «barmaqları» adlandırmaq olar. Əgər siqnallar zəifdirsə, onları xüsusi qurğular - gücləndiricilər artırır. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə edilir.
Pilləvarı gücləndirmə elektromaqnit rele vasitəsilə icra edilir. Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icraedici mexanizmlərə daxil olur. Onların köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün rahatlaşır.