2. Sifonun dibini açın, su tam axanadək gözləyin (şəkil 7, b).
3. Sifonda yığılıb qalmış zibilləri bıçaq və yaxud vintaçanla təmizləyin (şəkil
7, c).
4. Sifonun dibinin germetik olması üçün onun yivli birləşmə yerinə kipləşdirici
silikon sürtün (şəkil 7, d).
5. Silikonu bütün birləşmə xətti boyunca gəzdirin (şəkil 7, e).
6. Sifonun dibini burub bərkitməklə yığın (şəkil 7, f).
Santexniki işlər zamanı təhlükəsizlik və
sanitariya qaydaları:
- Santexniki avadanlığın təmirini yalnız böyüklərin nəzarəti altında
həyata keçirin.
- Su kəməri xəttinin istənilən hissəsinin təmiri və yenisi ilə əvəz
olunması zamanı mütləq mənzilə gələn suyu kəsin.
- Təmir zamanı yalnız istifadəyə yararlı alətlərdən istifadə edin.
- Əyri bağlanmasın deyə yivli detalları birləşdirərkən diqqətli olun.
- Santexniki avadanlığın təmirdən sonrakı vəziyyətini yoxlayıb, su
buraxmadığına əmin olduqdan sonra suyu açın.
- İşi bitirdikdən sonra əllərinizi yuyun.
|
Sifonlar: butulkavarı sifon, dizşəkilli sifon, büzməli sifon, gövdə,
gövdə qapağı, silikon kipləşdirici, vantuz, çirkab.
|
- Hansı yolla mənzilə içməli su daxil olur, çirkab suları xaric edilir?
- Santexnikada sifonun rolu nədən ibarətdir?
- Sifonun hansı növləri var?
- Butulkavarı sifon hansı hissələrdən ibarətdir?
- Büzməli sifon haralarda istifadə edilir?
- Sifonun sökülməsi və yığılması zamanı istifadə edilən alətlər hansılardır?
- Vantuz nədir?
- Sifon hansı üsullarla təmizlənir?
- Tullantı sifonun hansı hissəsində yığılır?