Yağəridici maddə kimi kaustik (yandırıcı) soda olduqca əlverişlidir. Sifonu tez-tez qaynar su axıtmaqla da uzunmüddət təmiz saxlamaq mümkündür. Sifonun mexaniki təmizlənməsi üçün vantuzdan istifadə etmək olar (şəkil 6, a).
Vantuz rezin klapan (qapaq) və dəstəkdən ibarət olan mexaniki santexnika alətidir. O borularda suyun hərəkətinə mane olan tullantıların və havanın kənarlaşdırılması üçün nəzərdə tutulub. Onumətbəx çanağının içindəki suaxıdan dairəyə bir neçə dəfə sıxıb-çəkməklə yığılıb qalmış zibili kanalizasiyaya ötürmək olar (şəkil 6, b).
Şəkil 6. Sifonun vantuzla mexaniki təmizlənməsi:
a - vantuz; b - sifonun vantuzla təmizlənməsi
Mexaniki təmizləmə başqa yolla da aparıla bilər. Bu zaman sifonu söküb onu bıçaq və vintaçanın köməyi ilə təmizləmək və yenidən yığmaq lazımdır.
Sifonun mexaniki təmizlənmə texnologiyası nədən ibarətdir? |
1. Sifonu təmizləmək üçün açmazdan öncə suyu bağlayın. Əvvəlcədən sifonun altına qoymaq üçün qab hazırlayın (şəkil 7, a).
Şəkil. 7. Sifonun mexaniki təmizlənmə texnologiyası