Şəkil 3. Butulkavarı sifonun quruluşu: 1 - əlüzyuyana birləşdirmə borusu; 2 - qaykalar; 3 - bərkidici ara qatları; 4 - gövdə; 5 - gövdə qapağı (durulducu)
Dizşəkilli sifon bir qədər başqa quruluşa malikdir. Onu vannanın, duş kabinasının və unitazın altına quraşdırırlar.
Büzməli sifon qat-qat bükülmüş şlanqdır. Onu burub xortum vasitəsilə istənilən vəziyyətdə bərkitmək olar (şəkil 2, c). Büzməli sifon nadir hallarda su buraxır. Çünki olduqca az birləşmə nöqtəsi var.
Sifonu quraşdırmaq çətin iş deyil. İstənilən şəxs bu işin öhdəsindən asanlıqla gələ bilər.
Şəkil 3-də butulkavarı sifonun quruluşu göstərilmişdir.
Sifonun quraşdırılması üçün lazım olan alətlər bunlardır (şəkil 4):
a - yastıdodaq kəlbətin;
b - montaj bıçağı;
c - vintaçan;
d - boru üçün lingli açar;
e - kipləşdirici silikon.
Şəkil 4. Sifonun quraşdırılması üçün alət və vasitələr