Bu tədris ilində siz ənənəvi texnologiyalar haqqında öz biliklərinizi zənginləşdirəcək, onların yeni və müasir növləri ilə tanış olacaqsınız.
Sizə məlum olduğu kimi, «Texnologiya»nın təlimində əsas anlayış əməkdir.
İnsan əməyi ətrafmühitin dəyişdirilməsi prosesi və insanın özünün mükəmməlləşməsidir: məqsədə nail olmaq üçün sizmüəyyən güc sərfedirsiniz, bu zaman planlaşdırdığınız nəticəni almaqla yanaşı, öz qabiliyyətlərinizi də inkişaf etdirirsiniz. Ən əsası odur ki, əmək fəaliyyətinin mənəvi dəyərini başa düşüb, əmək prosesindən və onun nəticəsindən yüksək əhvali-ruhiyyə əldə edə biləsən.
Bu dərsliklə iş prosesində siz elektrotexniki avadanlıqların, avtomat və yarımavtomat qurğuların əsas quruluşunu və iş prinsipini, onları şəbəkəyə qoşmağı, idarə etməyi və onlara qulluq göstərməyi öyrənəcəksiniz.
Büdcəyə qənaət üsulları ilə tanış olacaq və şəxsi büdcənin mahiyyətini özünüz üçün aydınlaşdıracaq, xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti qaydaları ilə tanış olacaqsınız.
Siz evdə və məktəbdə sadə təmir işlərini yerinə yetirmək üsullarını təkmilləşdirəcək, ev heyvanlarına qulluq və onların saxlanması texnologiyası ilə tanış olacaqsınız. Oduncaq və metalməmulatları bəzəmək üzrə dekorativ işlərin yerinə yetirilməsini öyrənəcək, oduncağın, metalın, qida məhsullarının və parçanın emalı texnologiyası üzrə ümuməmək bacarıqlarını mənimsəyəcəksiniz.
Texnoloji təhsilin məzmununun əsasında gələcək peşənizin şüurlu seçilməsi və həyat karyeranızın layihələndirilməsi üçün lazım olan şəxsi keyfiyyətlərinizin inkişafı durur. VIII sinifdə siz bu keyfiyyətlərə yiyələnəcəksiniz.
Həyat üçün vacib təhsil sahələrindən biri olan «Texnologiya»nın
mənimsənilməsində sizə uğurlar!
Dərslikdə aşağıdakı şərti işarələr qəbul olunmuşdur: