Mənzilə su kəməri xətlərinin köməyi ilə içməli su daxil olur, kanalizasiya vasitəsilə çirkab suları axıdılır.
Vanna otağında, mətbəxdə və ayaqyolunda çanağın altındakı boru çirkab sularını kanalizasiyaya axıdır. Bu boru elə qatlanıb ki, tökülən su əvvəlcə aşağı enir, sonra bir qədər yuxarı qalxır və yalnız bundan sonra yenidən kanalizasiyaya axır (şəkil 1). Məhz elə bu, əyilmiş borusu olan qurğu sifon adlanır.
Sifon nəyə xidmət edir? |
Sifon kanalizasiya qazlarınınmənzilə dolmasının qarşısını alır. Onun xidməti sayəsində vanna otağının və mətbəxin havası təmiz qalır. Bu bükülmüş hissə boru kəsiyidir. Onun bükük hissəsində çanaqdan tökülən su bir anlıq dayanır. Yaranan bu hidrosipər kanalizasiyadan gələn qazların qarşısını alır, onların mənzilə daxil olmasını əngəlləyir.
Bəs sifonun hansı növləri var? |
Santexnika sifonlarının bir neçə növü var: butulkavarı, dizşəkilli, U-şəkilli və büzməli sifon.
Butulkavarı sifon (şəkil 2, a), adətən, vanna otağında və mətbəxdə quraşdırılır. Onun suaxıdan borusunun bir başı kanalizasiyaya, digəri isə çanağa birləşdirilir. Zaman keçdikcə gövdənin qapağında zibil yığılır və elə bu səbəbdən onu tez-tez təmizləmək lazım gəlir.
Şəkil 2. Sifonun növləri: a - butulkavarı; b - dizşəkilli S-varı;
c - U-şəkilli; d - büzməli