Əgər armaturu yararsız hala salan xırda hissələr ilə çalışmaq həvəsi yoxdursa, onu bütünlüklə dəyişdirmək olar (şəkil 5).
Axıdıcı çənə armatur qoyulması texnologiyası (şəkil 6):
• Axıdıcı qurğuya rezin aralıq qatı qoyulur.
• Qurğu axıdıcı çənə yerləşdirilir və plastmas qayka ilə burulub bərkidilir.
• Birləşdirici boltlara plastmas, yaxud dəmir şaybalar və rezin aralıqlar geydirilir. Boltlar deşiklərə taxılır. Digər tərəfdən şayba geydirilir və qayka bərkidilir.
• Plastmas qaykaya bərkidici rezin halqa geydirilir (şəkil 7). Yeni rezin halqa istifadə edilərsə, onu kipləşdirmək tələb olunmur. Əgər istifadədə olmuş rezin halqa işlədilərsə, bütün birləşmə hissələrinə kipləşdirici maddə çəkilir.
Su təchizatı və kanalizasiya sistemi, sanitar-texniki armatur, axıdıcı çən, buraxıcı (doldurucu) armatur, qapaq, qol, pərdə, kipləşdirici halqa. |