Yapışqan plitənin beş nöqtəsinə qoyulur (kənarlara və mərkəzə). Plitə tavanın nişanlanmış nöqtəsinə qoyulub bir neçə dəqiqə sonra götürülür, sonra birdəfəlik yapışdırılır. Yapışqan tutmamış plitə düzəldilərək yerinə yaxşıca oturdulur.
Şəkil 4. Plitələrin yapışdırılma sxemi
Şəkil. 5. Karniz
Şəkil 6. İşıqlandırması olan gipskarton
lövhələrdən
yığılmış asma tavan
Divara çəkilmiş kağızlarla tavanın lövhələri arasında qalmış ara məsafələr penopolistroldan hazırlanmış karnizlə tutulur. Divarlar və tavan işlənib qurtarandan sonra karnizlər qoyulur (şəkil 5).
Gipskarton lövhələrdən yığılan və işıqlandırılması olan asma tavan çox etibarlı və möhkəm quruluşa malikdir (şəkil 6). Onun üstünlükləri aşağıdakılardır:
Gipskarton tavanın quraşdırma texnologiyası nədən ibarətdir? |
Gipskarton öncədən tavana vurulmuş quraşdırma profillərinə bərkidilir. Onlar üç yerə ayrılır və hər biri quraşdırmanın mühüm tərkib hissəsi hesab edilir: aparıcı profil, uzununa profil, istiqamətləndirici profil (otağın perimetrinə quraşdırılır).
Tavanın düz və hündür olması aparıcı və uzununa profillərin bərkidildiyi asmaların uzunluğundan asılıdır.