Tavana kağız çəkilməsi texnologiyası nədən ibarətdir? |
Tavan əvvəlki kimi təmirə hazırlanır. Yalnız ilkin malalama aparılır. İridənəli sumbata kağızı ilə hamarlanır və astar çəkilir. Kağızların yapışdırılma istiqamətini hər kəs özü seçir: tavanın eninə, yoxsa uzununa. İş aşağıdakı ardıcıllıqla aparılır (şəkil 2):
Çoxları tavan üçün divar kağızı seçməkdə çətinlik çəkir.
Tavan üçün hansı divar kağızlarının seçilməsi daha məqsədəuyğundur? |
Tavan üçün seçilən material yüngül, rahat yapışan, açıq rəng çalarlarında olmalıdır.Məsələn, kağız əsaslı materiallar tavan üçün dahaməsləhətdir.
Tavan təmirində ən əlverişli vasitələrdən biri penopolistrol plitələrdir. Hamarlanmış səthə malik tavan belə plitələri yapışdırmaq üçün münbit sahədir (şəkil 3).
Penopolistirol plitələrin yapışdırılma texnologiyası necədir? |
Adətən, plitələr tavanın mərkəzindən kənarlara doğru yapışdırılır (şəkil 4). Yaxşı yapışma əldə etmək üçün plitələrin arxa tərəfi drelə bərkidilmiş metal ağızlı fırça ilə işlənir.