Altlığa boya tökülür, süngərli mütəkkə boyaya batırılır. Sonra altlığın
kələ-kötür səthi üzərində hərəkət etdirilən süngərli mütəkkədən artıq boya süzülür. Rəngləmə W-şəkilli
hərəkətlə yuxarı-aşağı olmaqla aparılır. Hər qat digərini 3-4 sm örtür. Belə rəglənən divar düz və hamar
səthə malik olur.
Şəkil 3. Divarın rənglənmə ardıcıllığı
Rəngsazlıq işlərində təhlükəsizlik qaydaları
- Rozetkalar və elektrik açarları olan yerlərə divar kağızı çəkərkən mənzilin
işığını elektrik şəbəkəsindən ayırın.
- Hündürlükdə aparılan rəngsazlıq işləri zamanı etibarlı və möhkəm nərdivanlardan
və masalardan istifadə edin.
- Yapışqandan istifadə edərkən qablaşdırmanın üzərində göstərilən qaydalara
riayət edin.
- Divar kağızını çəkib qurtarandan sonra əllərini yaxşı-yaxşı yuyun.
- Nəfəs yollarını zədələnmədən qorumaq üçün respirator (ağız və nəfəs
borularını zəhərli maddələrdən və tozdan qoruyan cihaz) və yaxud tənzif
sarğı taxın.
- Əllərin və üzün dərisini qorumaq üçün papaq, eynək, əlcək, qoruyucu
krem və s. istifadə edin.
- Boya, lak, durulaşdırıcı və s. kimyəvi maddələri ağzı bağlı qablarda saxlayın.
- Rəngsazlıq işləri zamanı tez-tez otağın havasını dəyişin.
- Lak boyama işlərində açıq oddan istifadə etməyin.
- Rəngsazlıq işləri qurtarandan sonra otaqda lak-boyama vasitələri hopdurulmuş
əsgi qoymayın.
|
Divar kağızları, kağız, velür, tekstil, şüşəlifli, vinil, fırça, fleys,
süngərli mütəkkə, rəngsaz malası, rəngləmə.
|
- Divar kağızının evin interyerindəki rolu nədən ibarətdir?
- Satışda hansı növ divar kağızları var?
- Divar kağızı çəkərkən hansı alət və tərtibatlardan istifadə edilir?
- Divar kağızı necə çəkilir?
- Boya nə məqsədlə istifadə edilir?
- Rəngləmə hansı alət və tərtibatların köməyi ilə aparılır?
- Divarı necə boyamaq lazımdır?
- Rəngsazlıq işlərində hansı qaydalara riayət edilməlidir?