İstənilən mənzilin gözəlliyi, əsasən, onun divarlarının tərtibatından asılıdır
Mənzilin interyerini çox əmək və vəsait sərfetmədən, yalnız divar kağızlarını dəyişməklə, gözəlləşdirmək olar.
Divar kağızları zövqlə seçilmiş mənzildə yaşamaq rahat və zövqvericidir.
Divar kağızlarının hansı növləri var? |
Müasir inşaat bazarı alıcılaramüxtəlifnövdə divar kağızları təklif edir: kağız əsaslı, velür, tekstil, şüşəlifli, vinil və s. Divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Divar kağızı mənzilin xarakterinə uyğun seçilməlidir, otağın və bütün mənzilin ümumi ahənginə cavab verməlidir.
Divar kağızlarının çəkilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün şəkil 1-də göstərilən alət və tərtibatlar lazımdır.
Divar kağızlarının çəkilmə texnologiyası necədir? Divar kağızının çəkilmə texnologiyası: |
• Divarın uzunluğu ölçülür. Divar kağızından aşağı və yuxarı hissələrdən bir qədər (3-4 sm) əlavə buraxmaqla ölçüyə uyğun hissə kəsilir.
• Nümunə üzrə digər hissələr də kəsilir. Kağızları düzəltmək üçün rulonlar əks istiqamətlərdə burulur.
Şəkil 1. Divar kağızının çəkilməsi üçün alət və tərtibatlar; 1 - yapışqanın sürtülməsi üçün fırça; 2 - divar kağızını hamarlamaq üçün şotka; 3 - süngərli mütəkkə * (valik); 4 - kağızın kəsilməsi üçün kəsmə bıçağı; 5 - diskli bıçaq (döşəmə haşiyəsinin kənarı ilə nəm divar kağızını kəsmək üçün bıçaq); 6 - divar kağızlarını zolaqlar boyunca kəsmək üçün qayçı; 7 - şaquli naxışlı divar kağızlarına nəzarət üçün şaqul; 8 - materialların səthini təmizləmək üçün süngər; 9 - yapışqan və su üçün vedrə; 10 - mala; 11 - rozetkaların və elektrik qapayıcılarının üst qapağını çıxartmaq üçün vintaçan; 12 - hərəkətli tikinti körpüsü
* Süngərli mütəkkə - lak və boya materiallarını çəkmək üçün rəngsaz aləti