Bundan sonra divar nəm əsgi və yaxud enli fırça ilə
silinir.
Həmişə malalanmamış səthdən malalanmış səthə doğru işləmək lazımdır.
Hərəkət rəvan və davamlı olmalıdır və mala səthdən rahat, heç bir iz qoymadan
aralanmalıdır.
Şəkil 5. Son malalama texnikası:
a - malanın divarda hərəkət istiqaməti;
b - malanın hərəkət trayektoriyası
Təhlükəsizlik qaydaları
- Son malalama qarışığını uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
- Cilalama zamanı respiratordan istifadə etmək lazımdır.
- Gözləri və üzü qoruyan vasitələrdən istifadə edərkən məkanın havası əsaslı surətdə
dəyişdirilməlidir.
- Tozun qarşısını almaq üçün nəm əsgi ilə səth silinməlidir.
|
İşləmə, rəngin mexaniki üsulla çıxarılması, rəngin kimyəvi üsulla
çıxarılması, rəngsaz malası, qaşıyıcı rəngsaz malası, qabarma.
|
- Əsas rəngsaz işlərinə nələr aiddir?
- Divarların və tavanın işlənmə texnologiyası necədir?
- Köhnə divar kağızlarının və rəngin çıxarılması üsulları hansılardır?
- Malalama hansı alət və tərtibatların köməyi ilə yerinə yetirilir?
- Malalama texnologiyası nədən ibarətdir?
- Divarların və tavanın son malalanması hansı məqsədlə həyata keçirilir?
- Rəngsaz malası nə üçün nəzərdə tutulub və onun hansı növləri var?
- Son malalama işlərinin texnologiyası nədən ibarətdir?