Son malalama işlərinin texnologiyası nədən ibarətdir? |
Son malalama divar kağızı çəkilməsindən və rəngləmədən öncə aparılan hamarlama mərhələsidir. Son malalama materialı quru qatışıq və hazır pasta halında istehsal edilir.
Mineral adlanan son malalama qatışıqları bir qədər dənəvər, polimerlər isə daha zərif quruluşa malikdir.
Son malalama işlərində müxtəlif ölçülü rəngsaz malalarından istifadə edilir.
Rəngsaz malasının ağzı metal və rezindən olur (şəkil 3).
Divarın son malalanması. İşin keyfiyyəti mala materialının böyük mala ilə lazımi miqdarda götürülməsindən asılıdır (şəkil 4).
Son malalama texnikası olduqca sadədir. Qatışığın çəkilməsi malanın düzxətli və qövsvarı hərəkətləri ilə yerinə yetirilir (şəkil 5, a). Adətən, düz hərəkətlərlə divar və tavanların küncləri, dairəvi hərəkətlərlə böyük səthlər işlənir. Qövsvarı hərəkətlə işləmək daha arzuolunandır, çünki belə işləmə üsulu insanı yormur və nəticə tez əldə olunur.
Malanın səthə özünün tam müstəvisi ilə yapışması vacibdir, əks halda divarda onun kənarlarının izləri (kiçik cızıqlar) qalacaqdır (şəkil 5, b).
Böyük maladakı qalıqlar kiçik mala ilə təmizlənib təkrar vedrəyə tökülür. Mütləq çəkilən qatın qurumasını gözləmək lazımdır. Sonra enli mala ilə qalıqlar divardan təmizlənir.