Rəngin kimyəvi üsulla çıxarılması xüsusi kimyəvi məhlulların köməyi ilə həyata keçirilir. Belə məhlullar «yuyucu»lar adlanır. Buməhlulların təsiri altında termik emalda olduğu kimi boya qabarır və yumşalır. Yuyucu məhlullar boya çəkilmiş məmulatın keyfiyyətini pozmur. Köhnə divar kağızından xilas olmağın ən rahat yolu onların sabun məhlulu ilə isladılmasıdır.
Divar kağızının çıxarılması üçün sabun məhlulu süngərli mütəkkə ilə yuxarıdan aşağı olmaqla divara çəkilir.
Sabun məhlulu ilə iş aparılan yerdə döşəməyə əsgi sərmək lazımdır. Divar kağızı məhlulu tam canına çəkdikdən sonra onu çıxartmaq olar. Amma çox ləngidikdə divar kağızının soyulması çətinləşir. Yapışqanlı rəngi də divardan bu üsulla təmizləmək olar. Başqa sözlə, onu sabun məhlulu ilə yaxşıca isladıb sonra rəngsaz malası ilə qaşımaq lazımdır. Əgər mənzilin divarları yağlı boya ilə rənglənibsə, quruyub yapışmış yerlər sumbata kağızı ilə təmizlənməlidir.
Malalama işlərinin texnologiyası nədən ibarətdir? |
Malalama işləri künyə (çəkmə qəlibi), kəmçə və tarazın (su tərəzisi) köməyi ilə aparılır.
Divarın malalanması quru sement qatışıqlar vasitəsilə aparılır.
Sement qatışıqlarından həm daxili, həm də xarici malalamada istifadə edilir.
Belə qatışıqlar çox davamlı suvaq materialı olduğu üçün onlardan rütubətli və soyuq mənzillərin malalanmasında da uğurla istifadə etmək olar.
Həm nazikqatlı (iki santimetrə qədər), həm də qalınqatlı (beş santimetrə qədər) malalama üçün sement qatışıqları var.
Malalama texnikası. Əvvəlcə malalamaməhlulu ilə tikişlər, tavanda beton lövhələr arasındakı aralıqlar doldurulur, sonda isə digər qüsurlar aradan qaldırılır.
Divarlar yuxarıdan aşağı malalanır (şəkil 2, d). Malalamaya otağın daxili künclərindən başlamaq lazımdır. Panel evlərdə malalama panellər arasındakı araların tutulması ilə başlayır. Ardınca panellərin səthi malalanır. Hər yeni mala qatı əvvəlki qat tam quruyandan sonra çəkilir. İlk örtücü qatın çəkilməsi üçün ələnmiş narındənəli qum istifadə edilir.
Şəkil 2. Malalama işləri üçün alətlər: a - künyə; b - kəmçə; c - taraz;
d -
divarın malalanması