Mənzilin təmirində əsas yeri rəngsaz işləri tutur. Təmir zamanı aparılan rəngsaz işləri səthin işlənməsi, divar kağızlarının yapışdırılması və rəngləmədən ibarətdir.
Divarların və tavanın işlənmə texnologiyası hansı mərhələlərlə aparılır? |
Divarların işlənməsi bir neçə mərhələdə aparılır: köhnə rəngin və divar kağızlarının təmizlənib çıxarılması, malalama və son malalama.
Təmir işləri aparılarkən divarlardan, qapı və pəncərə çərçivələrindən köhnə yağlı boyanı qaşıyıb təmizləmək lazımdır. Təmir işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Müxtəlifmateriallardan hazırlanmış məmulatlardan rəngin çıxarılması bir neçə üsulla aparılır. Bu üsullar materialın növündən asılı olaraq seçilir.
Köhnə rəngin çıxarılma üsulları bunlardır: rəngin mexaniki üsulla çıxarılması, rəngin termik üsulla (qızdırılma vasitəsilə) çıxarılması, rəngin kimyəvi tərkiblərin tətbiqi ilə çıxarılması.
Rəngin mexaniki üsulla çıxarılması üçün lazım olan əmək alətləri rəngsaz malası və rəngsaz qaşıyıcısıdır (şəkil 1, a, b).
Rəngin termik üsulla çıxarılması üçün inşaat feni lazımdır (şəkil 1, c). Bu elektrik cihazının köməyi ilə boya qabarıb qat-qat çıxana qədər divar qızdırılır və soyumamış isidilib yumşalmış rəng qaşınıb təmizlənir.
Qabarmış boyanı qaşımaq üçün isidilmiş ləkənin ölçüsündə olan rəngsaz malasından istifadə edilir. Alətin dəstəyi qızdırılmadan qorunmalıdır.
Şəkil 1. Rəngin çıxarılma üsulları: a, b - mexaniki, c - termik