Növbəti silindrik hissənin də diametri bu qədərdir. Silindrin uzunluğu 75 və 38 mm ölçüləri arasındakı fərqlə təyin olunur, yəni 37 mm-ə bərabərdir.
Detalın altıbucaqlı prizma formasında olan hissəsinin iki ölçüsü sol görünüşdə verilmişdir: paralel üzlər arasında 65 mm, iki til arasında - 75 mm. Bu hissənin uzunluğu göstərilməyib, onu qabarit ölçüdən (160) 75 və 45 ölçülərini çıxmaqla təyin edirlər. Ənböyük silindrin dimateri 90 mm, onun uzunluğu 45 mm-dir. Deşiyin diametri 20 mm-dir.
Spesifikasiya, çertyojun tərkib hissələri, çertyojun oxunması, çertyojda detalların görünüşü. |
PRAKTİK İŞ |
Müəllimin tapşırığı ilə 3-cü şəkildəki çertyoju oxuyun. Cavabları dəftərinizə yazın.
Çertyojları oxumaq üçün suallar:
1) Detal necə adlanır? O hansı materialdan hazırlanır?
2) Çertyojda hansı miqyas göstərilmişdir?
3) Detalın formasını hansı təsvirlər verir?
4) Detalın formasını, yəni onu əmələ gətirən həndəsi cisimləri və onların ölçüsünü təsvir edin.
5) Detalın qabarit ölçüləri nəyə bərabərdir?
Şəkil 3. Detalın çertyoju