Məmulatların spesifikasiyası nə deməkdir? |
Texniki lüğətdə göstərilmiş təyinetməyə görə spesifikasiya hər hansı bir məmulatın tərkibini müəyyənləşdirən cədvəl formasında yerinə yetirilən sənəddir. Spesifikasiyanın ən sadə forması əsas yazıdır (şəkil 1, a). O, tərkib hissələrinin materialını, onların adını və miqdarını göstərir.
Bəs çertyoj necə oxunur? |
Çertyoju oxumaq cismin yastı təsvirinə görə onun həcmli formasını təsəvvür etmək və ölçülərini təyin etməkdən ibarətdir. Bu işi aşağıdakı ardıcıllıqla aparmaq məsləhət görülür:
1. Çertyojun əsas yazısını oxumaq. Ondan detalın və onun hazırlandığı materialın adını, təsvirin miqyasını və başqa məlumatları öyrənmək olar.
2. Çertyojda detalın hansı görünüşlərinin verildiyini və onlardan hansının baş görünüş olduğunu təyin etmək.
3. Görünüşlərin qarşılıqlı əlaqəsinə baxmaq və detalın formasını hərtərəfli müəyyən etməyə cəhd göstərmək. Çertyojda verilmiş təsvirin təhlili bu məsələyə kömək edir. Çertyoja görə detalın hər bir hissəsinin həndəsi formasını təsəvvür edib onları xəyalən tam halda birləşdirirlər.
4. Çertyoj üzrə detalın və onun elementlərinin ölçülərini təyin etmək.
Detalın çertyojunun oxunmasına aid misal göstərək (əvvəlcə çertyoja aid suallar, sonra isə onların cavabları verilmişdir).
Çertyoja aid suallar (şəkil 1)*:
1) Detal necə adlanır?
2) Onu hansı materialdan hazırlayırlar?
3) Çertyoj hansı miqyasla yerinə yetirilmişdir?
* Suallar çertyoju düzgün oxumaq qaydasına uyğun olan ardıcıllıqla tərtib olunmuşdur.